Preloader
Nəqliyyatın hərəkəti çətinləşməklə yanaşı, hər an qəza riski də yaranır. Bura paytaxtın Yasamal rayonu Şərifzadə ilə Akim Abbasov küçələrinin kəsişməsidir. Xezerxeber.az-ın xəbərinə görə, ərazidən hər gün istifadə edən sürücülər deyirlər ki, təxminən bir ay əvvəl ''Azəristilik'' ASC-nin əməkdaşları qışa hazırlıq məqsədi ilə yolun ortasını qazıb boruları təmir ediblər. Amma sonradan əraziyə bir qat asfalt vurulsa da qazılmayan hissələrlə səviyyə fərqi yaranıb ki, bu da yolda təhlükəli vəziyyətə səbəb olur. Küçənin ortasında qazıntı işlərindən sonra asfaltın bərpa olunmaması nəqliyyatın intensiv hərəkət etdiyi bu ərazidə pik saatlarda tıxac da yaradır. Ən təhlükəli vəziyyət isə yağışdan sonra yaranır. Sürücülər deyirlər ki, həmin ərazi yağışdan sonra su ilə örtülü olduğundan qəfil ora düşənlər daha çox maddi zərərə uğrayırlar. Sürücülər ümid edir ki, yaranan problem daha da uzanmaz və payız yağışları başlamadan problem həllini tapar. Maraqlıdır ərazidə hansısa boruların təmiri və ya yenilənməsi aparıldıqdan sonra yolun asfaltlanması niyə aparılmayıb?
image
Xəzər TV/5 images
Qazılan yolun yaratdığı problemdən DANIŞDILAR: “Savadsızdırlar, işi mütəxəssisə versinlər”
  • Image type MP4
  • Published October 30, 2025
  • Views 16
  • Downloads 0
1920x1080 | $250.00 USD
Share
image
Give Thanks!

Give thanks to @xezertv for sharing this photo, the easiest way, sharing on social network

We may use cookies or any other tracking technologies when you visit our website, including any other media form, mobile website, or mobile application related or connected to help customize the Site and improve your experience. learn more