Preloader
Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik verlişinin yeni buraxılışı yayımlanıb. Trend xəbər verir ki, verilişin bu dəfəki qonağı Azərbaycan Dövlət Akademik Teatr, Opera və Balet Teatrının tanınmış baş dirijoru, Azərbaycanın əməkdar artisti Eyyub Quliyev olub. Quliyev eyni zamanda, incəsənət sahəsinə siyasi təzyiqlərin olması probleminə də diqqət çəkib. O qeyd edib ki, bəzi ölkələr erməni lobbisini razı salmaq üçün azərbaycanlı artistlərə qarşı qeyri-peşəkar və ədalətsiz mövqe tuturlar: “Biz hətta Azərbaycanı dəstəkləyən bəzi dövlətlərin birdən-birə mədəni ədalət yox, siyasi maraqların diktə etdiyi qərarlar qəbul etdiklərini görürük”. Onun sözlərinə görə, incəsənət siyasətdən kənarda qalmalıdır, ondan təzyiq aləti kimi istifadə etməklə bağlı istənilən cəhd əksinə gərginliyi artırmış olur. “Musiqi bir işıqdır, xeyirdir, nəsillər arasındakı bağdır. İncəsənət divar hörmür, körpü salır”. Maestro Quliyev tarixi paralellərdən bəhs edərək, dünya müharibələri zamanı düşmən ölkələrin bir-birinin musiqilərini ifa etməkdən imtina etmələrini misal çəkib, amma müəyyən zaman keçdikdən sonra onlar bu yanaşmanın absurdluğunun fərqinə varıblar. “Birinci dünya müharibəsi ərəfəsində Rusiyada daha Bethoveni ifa etmirdilər, Almaniyada isə Çaykovskini. Nəticə nə oldu? Bu gün bu maneələr yoxdur. İnsanların gözləri açılır”. O bildirib ki, zaman keçdikcə incəsənət istər-istəməz siyasi qarşıdurmalara qalib gəlir, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün isə hər iki tərəfin ictimai düşüncəsində dəyişikliyə ehtiyac var.
image
Trend News Agency/323 images
İncəsənət divar hörmür, körpü salır
  • Image type MP4
  • Published March 12, 2025
  • Views 24
  • Downloads 0
1920x1080 | $20.00 USD
Share
image
Give Thanks!

Give thanks to @trendnewsagancy for sharing this photo, the easiest way, sharing on social network

We may use cookies or any other tracking technologies when you visit our website, including any other media form, mobile website, or mobile application related or connected to help customize the Site and improve your experience. learn more