Preloader
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Trend xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın əməkdar memarı, elmlər doktoru, professoru, Azərbaycanın Mədəniyyət Nazirliyi nəzdində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva olub. Səbinə Hacıyeva xüsusilə vurğulayıb ki, ən çox ziyan müsəlman abidələrinə dəyib; onlar talana və vandalizmə məruz qalıb və ya fiziki olaraq məhv edilib. Şuşada yeganə “restravrasiya” olunan obyekt məscid idi, lakin "restavrasiya prosesi" elə aparılıb ki, bütövlükdə Azərbaycanın izlərini silmək məqsədi daşıyıb. Qarabağın mədəni irsinin zənginliyinə toxunan S. Hacıyeva xatırladıb ki, bu region müxtəlif tarixi dövrləri əhatə edən unikal arxeoloji zonadır. O, Azıx mağarasını misal çəkərək, burada ibtidai insanın ən qədim yaşayış məskənlərindən birinin aşkar edildiyini bildirib. Onun sözlərinə görə, burada tapılan və məhz bu əraziyə istinadən “Azıxantrop” adlandırılan çənə sümüyü Azərbaycan alimlərinin kəşfidir və ölkənin bu bölgədəki qədim tarixi köklərini təsdiqləyir. Çoxsaylı çətinliklərə rəğmən, Azərbaycan öz tarixi abidələrini aktiv şəkildə bərpa edir. Artıq Pənahəli-Xan kompleksinin restavrasiyası yekunlaşıb, digər memarlıq obyektlərinin o cümlədən Qoç-Əhmədli kənd məscidinin bərpası üzrə layihələr hazırlanır ki, onlar da öz növbəsində, xüsusilə də sakinlərin doğma yurdlarına köçürülməsi fonunda bölgənin mədəni bərpa prosesinin vacib hissəsi olacaq.
image
Trend News Agency/323 images
Çoxsaylı çətinliklərə rəğmən, Azərbaycan öz tarixi abidələrini aktiv şəkildə bərpa edir
  • Image type MP4
  • Published March 12, 2025
  • Views 17
  • Downloads 0
1920x1080 | $25.00 USD
Share
image
Give Thanks!

Give thanks to @trendnewsagancy for sharing this photo, the easiest way, sharing on social network

We may use cookies or any other tracking technologies when you visit our website, including any other media form, mobile website, or mobile application related or connected to help customize the Site and improve your experience. learn more