Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik verlişinin yeni buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin bu dəfəki qonağı Azərbaycan Dövlət Akademik Teatr, Opera və Balet Teatrının tanınmış baş dirijoru, Azərbaycanın əməkdar artisti Eyyub Quliyev olub.
Müzakirələrin əsas aspektlərindən biri incəsənətin xalqlar arasında dialoqa nüfuzu olub.
Quliyev beynəlxalq musiqi aləmində azərbaycanlı ifaçılar və bəstəkarlara olan münasibətin tədricən dəyişməsi ilə bağlı müşahidələrini bölüşüb. O qeyd edib ki, buna qədər yalnış qənaətdə olan kəslər belə Azərbaycan musiqi məktəbinin üstünlüyünü qəbul etməyə məcburdurlar.
“Son zamanlar mən hiss edirəm ki, hətta əvvəllər bizə qarşı aqressiv köklənmiş həmkarlar belə, bunun fərqinə varırlar ki – fakta qarşı çıxmaq olmaz. Onlar Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyovun musiqilərinə qulaq asırlar və bunu qəbul etməyə məcburdurlar – bu böyük sənətdir. Onlar bunun əhəmiyyətini mübahisələndirə bilməzlər”, - deyə maestro bildirib.
Bu, Fikrət Əmirovun “Min bir gecə” baletinin Omanda nümayişi zamanı özünü aydın şəkildə büruzə verdi. Layihədə müxtəlif ölkələrdən, o cümlədən Mariinski teatr baletindən musiqiçilər iştirak edirdilər. Kollektivdə qonşu Ermənistanın nümayəndələrinin də yer alması gərginliyə səbəb olmadı, əksinə, peşəkar ehtiram üstün gəldi.
“Onlar bizim musiqiçilərin inanılmaz səviyyə nümayiş etdirdiyini, prestijli müsabiqələrdə və beynəlxalq quruluşlarda iştirak etdiklərini gördükdə, buna qarşı çıxmağın mümkünsüz olduğunu anlamış olurlar”, - deyə Quliyev bildirib.

Trend News Agency/323
images
Bizə qarşı aqressiv köklənmiş həmkarlar belə, Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyovun musiqilərinə qulaq asırlar
-
Image type MP4
-
Published March 12, 2025
-
Views 15
-
Downloads 0
1920x1080
|
$20.00 USD
Share

Give Thanks!
Give thanks to @trendnewsagancy for sharing this photo, the easiest way, sharing on social network