Son dönəmlərdə xərçəng xəstələrinin internetdə ən çox axtarış etdiyi, almağa cəhd göstərdiyi, hətta bəzilərinin alıb qəbul etdiyi, baytarlıq apteklərində satılan bir preparat var.
Söhbət mal-qaranın bir-birə əleyhinə dezinfeksiya edilməsində istifadə edilən, qiyməti 3 manat olan "Kreolin" adlı preparatdan gedir. Bəzi onkoloji xəstələr heç bir elmi sübutu olmadan, ordan-burdan eşidərək bu məhlulu alıb istifadə edirlər.
Baytarlıq apteklərində apardığımız sorğu da bunu təsdiq etdi.
Satıcılar deyir ki, "Kreolin"dən əlavə onkoloji xəstələrin aldığı heyvandarlıqda istifadə olunan "Fraksiya2" adlı preparat da var. O da mal-qaranın daxili xəstəlikləri üçün istifadə olunan, ağır qoxulu kimyəvi vasitədir.
Məsələ ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün tibbi onkologiya uzmanı Elvin Çələbiyevə müraciət etdik. Həkim bildirdi ki, sözügedən preparatın onkoloji xəstəliklərin müalicəsində effektiv olduğuna dair heç bir elmi sübut yoxdur, əksinə bu dərman istifadə edən xəstələrdə ciddi fəsadlar törədir.
Həkim deyir ki, bəzən "kreolin" istifadəsi xəstəliyin daha da inkişaf etməsinə səbəb olur. Çünki bu preparat insanın orqanizmi üçün istehsal edilməyib.
Xərçəng hüceyrəsi parazit və ya bakteriya deyil. İnsanın öz mutasiya etmiş hüceyrəsidir. Bu səbəbdən parazit əleyihə istifadə edilən dərman xərçəngi sağalda bilməz. Bir sözlə, mütəxəssilər diqqətli olmağa çağırır.
Çünki, heç bir elmi əsası olmayan müalicə metodlarından istifadə orqanizmdə geri dönüşü olmayan fəsadlara səbəb ola bilər.
Xəzər TV/5
images
Baytarlıq apteklərində satılan “Kreolin”preparatı xərçəngi sağaldır?
-
Image type MP4
-
Published October 25, 2025
-
Views 137
-
Downloads 0
1980x1080
|
$250.00 USD
Share
Give Thanks!
Give thanks to @xezertv for sharing this photo, the easiest way, sharing on social network